AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   12 iyul 2018-ci il


Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək. 12 iyul 2018-ci il


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  12 iyul 2018-ci il


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində...


Tərtər rayonunun Dəmirçilər kəndində 8 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər...


Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Pirşağı, Qobustan...

Ümumi məlumat


Akademiya Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi tədqiqat işlərinin aparılmasını təmin edən dövlət ali təhsil-elm müəssisəsidir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası (bundan sonra – Akademiya) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyul tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir.

 

Təhlükəsizlik

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadrların hazırlanması;

Təhsil

Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahələrdə kadrların əlavə təhsilinin həyata keçirilməsi;

Elmi-tədqiqatlar

fövqəladə hallar sahəsində elmi-tədqiqatların aparılması, metodiki işin təşkili və təkmilləşdirilməsi;

Rəhbərlik haqqında məlumat


Süleymanov Pənah Hüseyn oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor, texnika üzrə fəlsəfə doktoru, dosent.

01.08.1957 – ci ildə Naxçıvan MR-in Şərur rayonunda anadan olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (keçmiş Azərbaycan Neft və Kimya İnstitutu) bitirib.
Ailəlidir. 3 övladı var.

Bağırov Qəzənfər Nofəl oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini, polkovnik-leytenant.

24.03.1984 – ci ildə Şəmkir şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib.
Ailəlidir. 4 övladı var.

Hüseynov Aslan Rəhman oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini.

02.01.1966 – ci ildə Kürdəmir rayonunda anadan olub.
1984-1988 Sumferopol Ali Hərbi inşaat-siyasi məktəbi
1994-1995 Türkiyə Ali Hərbi Komandirlər məktəbi
Ailəlidir. 3 övladı var.